Şərqi Qaradənizin 2024-cü ilin yanvar-noyabr dövrü ixracatı
Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyənin Trabzon, Rize, Artvin və Gümüşhane rayonlarının 2024-cü ilin yanvar-noyabr dövründə ixracat gəliri ümumilikdə 1 milyard 554 milyon 612 min 362 dollara çatıb.
Şərqi Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan verdiyi yazılı açıqlamada bölgədən ixracın 11 ayda 24 faiz artdığını bildirib.
Sözügedən dövrdə ən çox ixrac edilən sektorlar fındıq (723 milyon 415 min 736 dollarlıq), süd və heyvandarlıq məhsulları (238 milyon 615 min 817 dollarlıq), mədən metalları (179 milyon 375 min 999 dollarlıq), meyvə-tərəvəz (162 milyon 404 min 103 dollarlıq), kimyəvi məhsullar (37 milyon 861 min 778 dollarlıq) 146 ölkəyə ixrac edilib.
Bölgədən ixracat ən çox Rusiya, İtaliya, Almaniya, Gürcüstan və Çinə gerçəkləşib.
Әlaqәli Xәbәrlәr
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı (FED) ilin son iclasında faiz endirimi qərarı qəbul edib
Bu il ərzində həyata keçirilən ümumi faiz endirimi 100 baza bəndinə çatıb