Çin ABŞ-ı onu sıxışdırmağa çalışmaqda ittiham etdi

ABŞ hökuməti çip sənayesində Çinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı və proteksionist tədbirlərin sonuncusunu açıqladı

2216638
Çin ABŞ-ı onu sıxışdırmağa çalışmaqda ittiham etdi

 

  ABŞ hökuməti çip sənayesində Çinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı və proteksionist tədbirlərin sonuncusunu açıqladı.

  ABŞ Ticarət Departamenti çip istehsalında istifadə olunan 24 kateqoriyalı aparat və yarımkeçiricilərin hazırlanmasında istifadə olunan 3 proqram təminatına ixrac məhdudiyyətləri qoydu.

  Məhdudiyyətlər çərçivəsində süni intellekt çiplərində istifadə olunan Yüksək Bölmə Yaddaş komponentinin Çinə ixracı qadağan edilir.

  Birləşmiş Ştatların Ticarət Nazirliyi 140 Çin şirkətini bu “qadağa siyahısı"na əlavə etməyi planlaşdırdığını açıqlayıb. Yəni ABŞ administrasiyasının xüsusi icazəsi olmadan məhsullar və ya xidmətlər yasaq siyahısında olan şirkətlərə satıla bilməz.

  Ticarət katibi Qina Raimondo bildirib ki, məhdudiyyətlər Çinin qabaqcıl hərbi texnologiyalar və silah sistemlərinin inkişafında çip texnologiyasından istifadəsinin qarşısını almaq məqsədi daşıyır.

  Rəsmi Pekin isə ABŞ-ı “İxrac nəzarətindən sui-istifadə edərək Çinə mane olmağa və onu sıxışdırmağa çalışmaq”da ittiham edib.

  Çin Xarici İşlər Nazirliyi şirkətlərinin hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr