Türkiyənin 2024-cü ildə ilk 10 aylıq zərgərlik ixracat gəliri

Türkiyənin zərgərlik sənayesində ən yüksək ixracat 2,1 milyard dollar gəlirlə Birləşmiş Ərəb Əmirliklərinə edilib

2206921
Türkiyənin 2024-cü ildə ilk 10 aylıq zərgərlik ixracat gəliri
mucevher.jpg
mucevher ihracati.jpg

 

  Türkiyənin 2024-cü ildə ilk 10 aylıq zərgərlik ixracat gəliri 6 milyard dolları keçdi. Zərgərlik məmulatlarının ixrac gəliri yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 6 milyard 149 milyon 148 min dollara çatıb. Sözügedən vaxtda zərgərlik sənayesi ixracının ümumi ixracdakı payı 2,8 faiz olaraq hesablanıb.

  Türkiyənin zərgərlik sənayesində ən yüksək ixracat 2,1 milyard dollar gəlirlə Birləşmiş Ərəb Əmirliklərinə edilib. Ondan sonra 577,6 milyon dollarla Amerika Birləşmiş Ştatları, 458,7 milyon dollarla Honq-Konq, 420,3 milyon dollarla İraq, 256,1 milyon dollarla Meksika gəlir.



Әlaqәli Xәbәrlәr