Türkiyə podratçıları 250-nin ikincisi oldu
Beynəlxalq tikinti sənayesi jurnalı ENR "250 ən böyük beynəlxalq podratçı şirkəti”nin siyahısını dərc edib
Beynəlxalq tikinti sənayesi jurnalı ENR "250 ən böyük beynəlxalq podratçı şirkəti”nin siyahısını dərc edib. Siyahıda Çin 81 şirkətlə birinci, Türkiyə isə 43 şirkətlə ikinci yerdədir.
2023-cü ildə 43 Türkiyə podrat (müteahhitlik) şirkətinin ümumi beynəlxalq gəliri 18,5 milyard dollara çatıb.
Dünya üzrə tikinti qurumlarının ümumi gəlirlərində Türkiyənin podratçı şirkətlərinin payı 3,7 faizdir.
Beynəlxalq gəlirlərə görə hazırlanan sıralamada Türkiyənin podratçı sektoru İngiltərə, Hollandiya, Almaniya və Yaponiyanı qabaqlayaraq 8-ci yerdə olubb.
Gəlirlərə görə Çin 122,9 milyard dollarla birinci yerdədir.
Әlaqәli Xәbәrlәr
Elektrik avtomobili satışlarında rekord qırılıb
Qlobal miqyasda elektrik avtomobili satışları keçən il rekord həddə çataraq 17,1 milyona çatıb.