Arda ilə Kənan "Golden boy" finalında
Arda Güler və Kənan Yıldız “Golden boy” mükafatında finala yüksəldi
2200060
Arda Güler və Kənan Yıldız Avropada 21 yaşdan aşağı ən yaxşı gənc oyunçuya verilən “Golden boy” mükafatında finala yüksəldi.
Türkiyə Milli yığmasının hər iki oyunçusu İtaliyanın qəzeti “Tuttusport” tərəfindən təqdim edilən mükafatın 20 nəfərlik finalçılar siyahısında yer aldı.
Real Madrid futbol klubunun formasını geyinən Arda Gülər bu mövsüm ümumilikdə 10 oyunda meydana çıxdı. Gənc istedad İspaniya Liqasında 7, Çempionlar Liqasında 2 matç və UEFA Super Kuboku finalı oynadı.
Yuventusda çıxış edən Kənan Yıldız isə ağ-qara forma ilə çıxdığı 9 oyunda 1 qol, 2 məhsuldar ötürmə nəticəsi göstərdi.