“Paris 2024” Paralimpiya Oyunlarında Türkiyənin uğurları
Türkiyə tarixində ən yaxşı nəticəni "Paris 2024" Paralimpiya Oyunlarında əldə edib
Türkiyə tarixində ən yaxşı nəticəni "Paris 2024" Paralimpiya Oyunlarında əldə edib. Milli idmançılar oyunlarda 6-sı qızıl, 10-u gümüş və 12-si bürünc olmaqla, ümumilikdə 28 medal qazanıb.
“Tokio 2020”də 45-ci olan Türkiyə “Paris 2024”də 23-cü yerə yüksəldi.
Medal reytinqində birinci yer “Tokio 2020”də olduğu kimi, yenə Çinə məxsus oldu.
“Paris 2024” Paralimpiya Oyunlarında Türkiyənin qadın milli qolbol komandası İsraili məğlub edərək çempion oldu və qızıl medal qazandı.
Umut Ünlü həm 50 metr, həm də 200 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə Türkiyəyə iki qızıl medal qazandırdı. Bununla da Ünlü eyni növ üzrə Türkiyəyə 2 qızıl medal qazandıran ilk paralimpiya idmançısı oldu.
Ox atmada qızıl medalı 16 ildən sonra Öznur Cüre Girdi qazandı. Öznur qadınlar arasında rolikli ox finalında iranlı Fatemeh Hemmatiyə qalib gələrək qızıl medal əldə etdi.
Qızıl medal qazanan digər Türkiyə idmançısı isə taekvondoda 63 kilo çəki dərəcəsi üzrə Mahmut Bozteke və cüdoda +90 kiloda İbrahim Bölükbaşı oldu.
Әlaqәli Xәbәrlәr
Türkiyə yığmasının pley-off oyunlarındakı rəqibi bəlli oldu
UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin püşkü atılıb.