"Türkiyə beynəlxalq tələbə kvotasına görə dünyanın ilk 10 ölkəsi sırasındadır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ali təhsildə beynəlxalq tələbə kvotasına görə dünyanın ilk 10 ölkəsi sırasında olduğunu bildirib.

2217778
"Türkiyə beynəlxalq tələbə kvotasına görə dünyanın ilk 10 ölkəsi sırasındadır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ali təhsildə beynəlxalq tələbə kvotasına görə dünyanın ilk 10 ölkəsi sırasında olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyə Maarif Vəqfi tərəfindən onlayn olaraq təşkil edilən 4-cü İstanbul Təhsil Zirvəsinə “Bərabər və Daha Ədalətli Cəmiyyət və Davamlı Gələcək üçün Təhsil” mövzusunda mesaj göndərib.

Ərdoğan dünyanın bir çox ölkəsində tələbələrin məruz qaldığı bərabərsizliklərlə bağlı məlumatların yer alacağı, həmin zamanda təhsil və dövlət, təhsil və sosial ədalət kimi məsələlərin müzakirə olunacağı builki zirvədən uğurlu nəticələrin alınacağına inandığını bildirib.

“Bu il Türkiyə universitetlərində 338 min 161 əcnəbi tələbəyə təhsil verən ölkəmiz ali təhsil tutumunun 4,76 faizini təşkil edən bu kvota ilə dünyada ilk 10-luqdadır. 55 ölkədə 446 məktəb, 1 universitet, 19 təhsil mərkəzi, 11 Türkiyə Araşdırma Mərkəzi və 44 yataqxana ilə fəaliyyət göstərən Türkiyə Maarif Vəqfi ümumilikdə 50 mindən çox tələbəyə xidmət göstərir", -deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı onu da deyib ki, Kosovodan Kolumbiyaya, İordaniyadan Pakistana, Cənubi Afrikadan Azərbaycana, Əfqanıstandan Somaliyə kimi dünyanın 55 müxtəlif ölkəsində fədakarcasına xidmət edən bütün Vəqf üzvlərimizi ürəkdən təbrik edirəm”.



Әlaqәli Xәbәrlәr