Tünd şokolad istehlakı 2-ci tip şəkərli diabet riskini azalda bilər

Bir araşdırma həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlakının 2-ci tip diabet riskini 21 faiz azalda biləcəyini ortaya qoyub.

2217251
Tünd şokolad istehlakı 2-ci tip şəkərli diabet riskini azalda bilər

Tünd şokolad istehlakı 2-ci tip şəkərli diabet riskini azalda bilər.

İngiltərənin "The British Medical Journal" (BMJ) tibb jurnalında dərc edilən bir araşdırma həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlakının 2-ci tip diabet riskini 21 faiz azalda biləcəyini ortaya qoyub.

Çin və ABŞ-da araşdırma aparan tədqiqatçılar tərəfindən hazırlanan "Şokolad istehlakı və  2-ci tip şəkərli diabet riski" adlı araşdırma Britaniyanın həftəlik tibb jurnalı BMJ-də dərc olunub.

1986-2021-ci illər arasında təxminən 192 min 28 adam üzərində aparılan araşdırmada şokolad istehlakının 2-ci tip şəkərli diabetə təsiri 111 min 654 adam üzərində aparılan araşdırmada şokolad növlərinin (südlü və tünd) təsiri müzakirə edilib.

Şokolad istehlakının  2-ci tip şəkərli diabetə təsirinin araşdırıldığı qrupda bu tip diabet yalnız 18 min 862 adamda, digər qrupda isə 4 min 771 nəfərdə baş verib.

Araşdırma nəticəsində hər hansı şokolad yeyənlərdə  2-ci tip şəkərli diabet xəstəliyinə tutulma riskinin şokolad az yeyənlərə nisbətən 10 faiz az olduğu bildirilib.

Həftədə 5 və daha çox porsiya tünd şokolad istehlak edənlərin  2-ci tip şəkərli diabet riskini yüzdə 21 azalda biləcəyini ortaya qoyan araşdırmaya görə, südlü şokoladdan istifadənin bu növə ciddi təsir etmədiyi görülüb.

Südlü şokoladın istifadəsinin uzun müddətdə kökəlməyə təsir etdiyi qeyd olunan araşdırma nəticəsində tünd şokoladın tərkibindəki zülallar sayəsində bədəndəki şişdə azaltma, ürək-damar sistemini qoruma və antioksidant xüsusiyyətlərə malik olduğu ifadə edilib.

İştirakçıların pəhrizlərinin hər 4 ildən bir dəyişdirildiyi və müntəzəm olaraq çəki, fiziki fəaliyyət və yemək vərdişləri ilə bağlı məlumatların bir araya gətirildiyi araşdırma çərçivəsində tünd şokoladın dozasının artırılmasının təsirləri də araşdırılıb. Müvafiq olaraq, hər həftəlik doza artımı ilə 2-ci tip şəkərli diabet riski əlavə olaraq 3 faiz azalıb.

Tədqiqatda həmçinin tünd şokolad istehlakının riski azaltma potensialına malik olduğu, lakin nəticələrin daha çox nəzarət edilən araşdırmalarla təsdiqlənməsinin lazım olduğu ifadə edilib.

Araşdırmada 2019-cu ildə dünya üzrə  2-ci tip şəkərli diabetdən əziyyət çəkən insanların sayının 463 milyon olduğu, 2045-ci ildə isə bu rəqəmin 700 milyona yüksələcəyi proqnozu paylaşılıb.



Әlaqәli Xәbәrlәr