Veneranın yaşayış üçün yararsız olduğu müəyyən edilib
Böyüklüyünə və quruluşuna görə Yerə çox bənzəyən "qardaş planet" Veneranın keçmişdə heç vaxt yaşamaq üçün əlverişli olmadığı aşkar edilib.
Böyüklüyünə və quruluşuna görə Yerə çox bənzəyən "qardaş planet" Veneranın keçmişdə heç vaxt yaşamaq üçün əlverişli olmadığı aşkar edilib.
İngiltərədəki Kembric Universiteti tərəfindən aparılan araşdırma, Veneranın qısır, yaşanmaz və heç vaxt Yer kimi xüsusiyyətləri olmayan "cəhənnəm kimi" bir planet olduğunu ortaya qoydu.
Venerada vulkanik fəaliyyətlərin və atmosfer kimyasının tədqiqi nəticəsində planetin formalaşmasının ilkin mərhələlərindən quruma prosesinə girdiyi, sonrakı mərhələlərdə isə maye olaraq suya sahib ola bilməyəcək qədər quru bir quruluşa çevrildiyi müəyyən edilib.
Tədqiqatçılar Veneranın vulkanik qazlarının ən çox 6 faiz su ehtiva etdiyini, bunun da Veneranın daxili təbəqələrində su olmadığını göstərdiyini bildiriblər.
Tədqiqatlar nəticəsində məlum olub ki, ulduzların yaşayış üçün əlverişli zonasında olan qayalı ekzoplanetlərin əksəriyyəti Venera ilə oxşar xüsusiyyətlərə malikdir.
Bu cür planetlərin tarixi Veneraya bənzəyir və bu, onların həyatı dəstəkləmə ehtimalının əvvəllər düşünüldüyündən daha az olduğunu göstərir.
Tədqiqat "Nature Astronomy" jurnalında dərc olunub.
Әlaqәli Xәbәrlәr
Süd Yolu qalaktikasında bir-birinə çox yaxın iki yeni ulduz kəşf edilib
Araşdırmanın məqaləsi "Nature Communications" jurnalında dərc edilib