16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağası gəldi
Dünyada ilk dəfə olaraq Avstraliya hökuməti 16 yaşından kiçik uşaq və gənclərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Dünyada ilk dəfə olaraq Avstraliya hökuməti 16 yaşından kiçik uşaq və gənclərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
2025-ci ilin sonundan etibarən qüvvədə olacaq qanuna əsasən, 16 yaşından kiçik hər kəsin öz psixi sağlamlığını və rifahını qorumaq üçün sosial media platformalarından istifadəsinin qarşısı alınacaq.
Sosial media şirkətləri 16 yaşdan kiçikləri platformalarından kənarda saxlamaq üçün “ağlabatan addımlar” atmasalar, 50 milyon Avstraliya dollarına qədər cərimələnəcəklər. Qaydaları pozan yeniyetmə və valideynlər üçünsə heç bir cəza nəzərdə tutulmayıb.
“Mesajlaşma proqramları”, “Onlayn oyun xidmətləri” və “İstifadəçilərin sağlamlığına və təhsilinə dəstək verən xidmətlər” qadağanın əhatə dairəsinə daxil edilməyib. Platformaya girmək üçün istifadəçilərin daxil olmasını tələb etməyən “YouTube” kimi saytlar da qadağaya məruz qalmayacaq.
Әlaqәli Xәbәrlәr
Süd Yolu qalaktikasında bir-birinə çox yaxın iki yeni ulduz kəşf edilib
Araşdırmanın məqaləsi "Nature Communications" jurnalında dərc edilib