"Qorxulu gözlərlə dəhşətli baxan" iki qalaktika
“NASA Jet Propulsion Laboratory” tərəfindən edilən yazılı açıqlamaya görə ...
Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmik Agentliyinin (NASA) “James Webb” (Ceyms Uebb) Kosmik Teleskopu ilə Avropa Kosmik Agentliyi və NASA-nın birgə layihəsi olan “Hubble” Kosmik Teleskopu bir-birinin yanından keçən və "qorxulu gözlərlə dəhşətli baxan" iki qalaktikanın şəklini çəkib.
“NASA Jet Propulsion Laboratory” tərəfindən edilən yazılı açıqlamaya görə, alimlər JWST-nin Orta İnfraqırmızı Alətindən (MİRİ) və “Hubble”ın ultrabənövşəyi və görünən işıq kameralarından İC 2163 və NGC 2207 spiral qalaktikalarının görüntülərini birləşdirib. Yaranan "qorxulu görüntü” milyonlarla il əvvəl bir-birinə çox yaxın, az qala sürtünərək keçən iki böyük spiral qalaktikanı əks etdirir. Məlum olub ki, bu qalaktikalar hər il Günəş ölçüsündə iki onlarla yeni ulduzun yaranmasına səbəb olur.
Qeyd edək ki, Süd Yolu qalaktikası ildə 2-3 Günəşə bənzər ulduz yarada bilir. Bundan əlavə, hər iki qalaktikanın son illər 7 fövqəlnovaya ev sahibliyi etdiyi aşkarlanıb. Bu say Süd Yolu qalaktikasında hər 50 ildə bir dəfə olur. Bu fövqəlnovaların qalaktikaların uzanan qollarında boşluq yaratdığı, daha sonra soyuyaraq, birləşərək ulduz əmələ gəlməsinə səbəb olduğu düşünülür.
Әlaqәli Xәbәrlәr
“Parker Solar Probe” kosmik aparatı tarixdə bir ulduza edilən ən yaxın uçuşu uğurla həyata keçirdi
“Parker Solar Probe” kosmik aparatı tarixdə bir ulduza edilən ən yaxın uçuşu uğurla həyata keçirdi
Avropa İttifaqının elektron cihazlarda vahid enerji doldurma qaydası qüvvəyə minib
Aİ ölkələrində daşınan elektron cihazlar üçün yeni standart müəyyən edilib