Hər 3 uşaqdan biri zəif görürmüş

Çindəki Sun Yat-Sen Universiteti alimləri tərəfindən aparılan tədqiqat çərçivəsində müxtəlif qitələrdəki 50 ölkədən ümumilikdə 5 milyondan çox uşaq və gəncin uzaq məsafəni görmə səviyyələri incələnib

2191899
Hər 3 uşaqdan biri zəif görürmüş

 

  Dünyada hər 3 uşaqdan ən azı birində uzağı zəif görmə problemi olan miopiya aşkar edilib.

  Çindəki Sun Yat-Sen Universiteti alimləri tərəfindən aparılan tədqiqat çərçivəsində müxtəlif qitələrdəki 50 ölkədən ümumilikdə 5 milyondan çox uşaq və gəncin uzaq məsafəni görmə səviyyələri incələnib.

  Araşdırma nəticəsində tədqiqatçılar hər 3 uşaqdan ən azı birinin uzağı görməkdə çətinlik çəkdiklərini müəyyən ediblər: bu nisbətin zaman keçdikcə artacağını, 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncdə miopiya ola biləcəyini söyləyiblər.

  1990-2023-cü illər arasında bu xəstəliyin 3 dəfə artaraq 36 faizə çatdığını təyin edən tədqiqatçılar qapalı məkanlarda keçən vaxtın yeni tip koronavirus (Covid-19) pandemiyası ilə (2020-2022) artmasıyla bu göz qüsurunun da çoxaldığını bildiriblər.

  Alimlər genetikaya bağlı olaraq da ortaya çıxan miopiyada xarici amillərin önəmini bildirərək uzağı yaxşı görə bilməmə probleminin uşaqların təhsilə daha erkən yaşda başladığı Asiya qitəsində Afrikaya nisbətən 7 dəfə daha çox olduğunu qeyd ediblər.

  Ekrana uzun müddət məruz qalmağın miopiya riskini artırdığı, oğlan uşaqları ilə müqayisədə çöldə daha az vaxt keçirən qız uşaqlarında daha çox miopiyanın müşahidə olunduğu bildirilib.

  Tədqiqat "British Journal of Ophthalmology" elmi jurnalında yayınlanıb.



Әlaqәli Xәbәrlәr