Alimlər demansiya riskini süni intellektlə proqnozlaşdıracaq
Tədqiqatçılar süni intellektdən istifadə edərək demansiya riskini proqnozlaşdıra bilən cihaz hazırlamağı hədəfləyirlər.
Tədqiqatçılar süni intellektdən istifadə edərək demansiya riskini proqnozlaşdıra bilən cihaz hazırlamağı hədəfləyirlər. Edinburq və Dandi Universitetlərinin tədqiqatçıları NEURii adlı qlobal tədqiqat layihəsi çərçivəsində on il ərzində Şotlandiyadakı xəstələrdən toplanmış KT (çoxkəsikli kompüter tomoqrafiyası) və MRT (maqnit rezonans tomoqrafiyası) testlərini araşdıracaqlar.
Tədqiqatçılar süni intellekt və maşın öyrənmə üsullarından istifadə edərək həkimlərə demansiya riskini daha yaxşı müəyyən etməyə kömək edə biləcək nümunələri aşkar etməyi hədəfləyir.
Bu araşdırma nəticəsində hazırlanacaq rəqəmsal cihazlar radioloqlara xəstələrin müayinəsi zamanı demansiya riskini daha erkən və daha dəqiq müəyyən etməyə imkan verəcək.
Demansiya bütün dünyada sürətlə artan bir sağlamlıq problemi olaraq önə çıxır və demensiyadan əziyyət çəkən insanların sayının 2050-ci ilə qədər 153 milyona çatacağı gözlənilir. Tədqiqatçılar bu layihə ilə demansiya diaqnozu və müalicə proseslərini sürətləndirməyə ümid edirlər.
Tədqiqat zamanı toplanmış məlumatlar Şotlandiyanın Milli Mühafizə Bölgəsində saxlanılacaq və gələcək tədqiqatlar üçün istifadə olunacaq.