Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə mindi
Rusiya ilə Şimali Koreya arasında iyunda imzalanan hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə minib.
Rusiya ilə Şimali Koreya arasında iyunda imzalanan hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə minib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Şimali Koreya xarici işlər nazirinin müavini Kim Çen Gyu paytaxt Moskvada tərəfdaşlıq müqaviləsinin qüvvəyə minməsini nəzərdə tutan protokolu imzalayıblar.
Protokola uyğun olaraq, Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə minib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin iyun ayında Şimali Koreyaya səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
Bildirilir ki, bu saziş tərəflərdən birinə hücum olacağı təqdirdə qarşılıqlı hərbi yardımı nəzərdə tutur və Şərqi Asiya və Asiya Sakit Okean regionlarında bölünməz təhlükəsizlik sistemi ilə çoxqütblü dünya nizamının qurulmasına töhfə verəcək.
Әlaqәli Xәbәrlәr
“Husilər də "Həmas", "Hizbullah", Əsəd və digərlərindən dərs götürəcək”, B.Netanyahu
Baş nazir Netanyahu Hanuka bayramı münasibətilə “X” platformasındakı hesabından açıqlama verib