Mühasirə altında olan 11 uşaq Qəzzadan təxliyə edildi
“Nəticə olaraq sülh ən yaxşı müalicədir”, T.A.Qebreyesus
İsrailin intensiv hücumu və mühasirəsi altında olan Qəzzada xərçəng müalicəsinə ehtiyacı olan 11 uşaq İordaniyaya tibbi təxliyə edildi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, Qəzzadakı tibbi təxliyələrlə bağlı "X" platformasında paylaşım edib. “ÜST Qəzzadan İordaniyaya xərçəng müalicəsinə ehtiyacı olan 11 uşağı 20 müşayiətçi ilə birlikdə təxliyə etdi” ifadəsini işlədən T.A.Qebreyesus Qəzzadakı minlərlə xəstənin həyati əhəmiyyət daşıyan tibbi yardım üçün hələ də təxliyəyə ehtiyac duyduğunu vurğulayıb.
O, xəstələrin Qəzza Zolağından təhlükəsiz şəkildə çıxarılması üçün bütün dəhlizlərin açılmasını tələb etdiklərini bildirərək “Nəticə olaraq sülh ən yaxşı müalicədir” deyib.
Әlaqәli Xәbәrlәr
““Rosatom” ABŞ sanksiyalarına baxmayaraq fəaliyyətini davam etdirəcək” , D.Peskov
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib
İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir
İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 46 min 584-ə yüksəlib.