Livan hökuməti: ''Livan ordusu ölkənin cənubuna yerləşəcək''

Livan hökuməti ''Hizbullah''ın ordunun ölkənin cənubunda nəzarəti ələ keçirməsini qəbul etdiyini təsdiqləyib

2217286
Livan hökuməti: ''Livan ordusu ölkənin cənubuna yerləşəcək''

Livan hökuməti ''Hizbullah''ın ordunun ölkənin cənubunda nəzarəti ələ keçirməsini qəbul etdiyini təsdiqləyib.

Livanın informasiya naziri Ziyad əl-Makari paytaxt Beyrutda Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib. O, hökumətin şənbə günü Sur şəhərində görüşəcəyini, Livan Baş Qərargah rəisi Cozef Avnın da bu görüşə qatılacağını və ordunun cənuba yerləşdirmə planı haqqında məlumat verəcəyini bildirib.

Makari ''Hizbullah''ı təmsil edən nazirlərin mövqelərinə də toxunaraq deyib: "Biz orduya güvənirik. Ordunun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmək öhdəliyi var. Hökumət də bunu təsdiqləyir, başqa variant yoxdur."

''Hizbullah'' hərəkatının baş katibi Naim Kasım noyabrın 29-da verdiyi açıqlamada İsraillə əldə olunan atəşkəs razılaşmasının həyata keçirilməsi üçün Livan ordusu ilə koordinasiyalarının yüksək səviyyədə olacağını bildirib. O, Livan ordusunu "milli ordu" kimi qəbul etdiklərini vurğulayaraq, "Ordu Livanın cənubuna yerləşəcək" deyib.

Qeyd edək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması noyabrın 27-də, yerli vaxtla saat 04:00-da qüvvəyə minib.



Әlaqәli Xәbәrlәr