Cənubi Koreya Müdafiə naziri istefasını prezidentə təqdim edib
Prezident tərəfindən elan edilən hərbi vəziyyət bir neçə saat ərzində əvvəlcə məclisdə səsvermə ilə, ardından isə nazirlər kabinetinin təsdiqi ilə ləğv edilmişdi
Cənubi Koreyada prezident Yun Sok Yol 3 dekabr gecəsi ona hərbi fövqəladə vəziyyət elan etməyi təklif edən Müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul etdi.
Prezident Administrasiyasından verilən açıqlamaya görə, Yun Sok Yolun Müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul etdiyi bildirilib. Prezident tərəfindən elan edilən hərbi vəziyyət bir neçə saat ərzində əvvəlcə məclisdə səsvermə ilə, ardından isə nazirlər kabinetinin təsdiqi ilə ləğv edilmişdi.
Müdafiə naziri Kim dünən verdiyi yazılı açıqlamada hərbi vəziyyətin elan edilməsi ilə xalqda narahatlıq və xaos yaratdıqları üçün üzr istəyib. "Hərbi vəziyyətlə bağlı tapşırıqları yerinə yetirən əsgərlər bütün göstərişləri nazirdən aldılar" ifadəsini işlədən Kim bütün məsuliyyəti öz üzərinə götürdüyünü və istefa niyyətini prezident Yuna çatdırdığını qeyd edib. Müdafiə naziri istefa niyyətini açıqlamadan az əvvəl müxalifət partiyaları hərbi vəziyyətin qanunsuz olduğunu əsas gətirərək prezidentin kənarlaşdırılması üçün təklif vermişdi.
Müdafiə Nazirliyi hərbi vəziyyətin elan edilməsini Yun Sok Yola Müdafiə nazirinin təklif etdiyini təsdiqləmişdi. Prezident Administrasiyasının Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri olan Kim Yonq Hyu prezidentin yaxın adamı kimi tanınır.
Müdafiə naziri vəzifəsinə Səudiyyə Ərəbistanındakı səfir Çoy Byonq Hyoku namizəd göstərildi. Təqaüddə olan general olan Çoy, 2019-2020-ci illərdə Cənubi Koreya-ABŞ Birgə Qüvvələr Komandirliyində xidmət etmişdi.
Әlaqәli Xәbәrlәr
“Husilər də "Həmas", "Hizbullah", Əsəd və digərlərindən dərs götürəcək”, B.Netanyahu
Baş nazir Netanyahu Hanuka bayramı münasibətilə “X” platformasındakı hesabından açıqlama verib