Bakıdakı COP29-da 100-dən çox ölkə başçısı gəlir

COP29 bu il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək

2207346
Bakıdakı COP29-da 100-dən çox ölkə başçısı gəlir

 

Türkiyə Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla hökumət üzvləri, dövlət və qeyri-hökumət təşkilatları, həmçinin mütəxəssis və akademik heyyətdən ibarət qrupla yüksək səviyyədə iştirak edəcək.

Qlobal istiləşmə ilə mübarizədə əldə edilən son vəziyyət başda olmaqla iqlim dəyişikliyi ilə bağlı bir çox mühüm mövzunun müzakirə ediləcəyi COP29 bu il 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək. Azərbaycan tarixindəki ən böyük beynəlxalq tədbir olan COP29-un ilk iki günündə keçiriləcək və təxminən 100 ölkənin dövlət və hökumət başçılarının qatılması gözlənilən Dövlət Başçıları Zirvəsinə Türkiye prezidenti də qatılacaq.

COP29-da R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın təşəbbüsü ilə başladılan “Sıfır Tullantı” layihəsi ilə Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu "Həmrəylik Mərkəzi" adlı ortaq sərgi yeri açacaq. Burada “Sıfır Tullantı” layihəsi çərçivəsində tullantıların idarə edilməsi və təkrar emalı, ətraf mühitə həssaslıq proqramları və innovativ həllər sahəsindəki layihələr tanıdılacaq.

Türkiyenin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi də COP29-da "Sıfır Tullantı" əsas mövzulu stend açacaq. Stenddə Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən layihənin tanıdılmasına dair tədbir və məlumatlandırma fəaliyyətləri aparılacaq.



Әlaqәli Xәbәrlәr