“Amerikanın qətiyyətli liderliyinə güvənirik”, A.Sibiqa
Zelenski və Tramp arasında uzunmüddətli, konstruktiv və nəticə yönümlü bir dialoqun mövcud olduğunu vurğulayan Sibiqa bu ifadələri işlədib
2207434
Ukrayna Xarici işlər naziri Andrey Sibiqa Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirərək Rusiya-Ukrayna müharibəsində ədalətli və davamlı sülhü daha da yaxınlaşdırmaq üçün birlikdə çalışacaqlarını bildirdi. O, “X” hesabında paylaşım edərək Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampı bu gün təbrik etdiyini xatırladıb.
Zelenski və Tramp arasında uzunmüddətli, konstruktiv və nəticə yönümlü bir dialoqun mövcud olduğunu vurğulayan Sibiqa bu ifadələri işlədib: "Ukrayna-ABŞ strateji tərəfdaşlığını gücləndirmək və hərtərəfli, ədalətli və davamlı sülhü daha da yaxınlaşdırmaq üçün birlikdə çalışacağıq. Amerikanın qətiyyətli liderliyinə güvənirik."