Fransada PKK-çılar terrorçularını “yad” ediblər
"Festival" adı altında olan nümayişdə PKK tərəfdarları bölücü terror təşkilatının bayraqlarını daşıyıblar və ...
Fransanın Marsel şəhərində şübhəli nümayiş keçirən PKK tərəfdarları Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuları “yad edərək” separatçı təşkilatın təbliğatını ediblər.
"Festival" adı altında olan nümayişdə PKK tərəfdarları bölücü terror təşkilatının bayraqlarını daşıyıblar və özlərinə rəhbər olaraq gördükləri terrorist dəstənin başçısı Abdullah Öcalanın azad edilməsi yönündə şüarlar səsləndiriblər.
Fransa Xarici İşlər Nazirliyi Anadolu Agentliyi müxbirinin “PKK-nın Avropa İttifaqı və Fransa tərəfindən terror təşkilatı kimi tanındığı halda təşkilata aid bayraqlarla terror təbliğatı aparılan bu nümayişə niyə icazə verildiyi” sualına hələlik cavab verməyib.
Türkiyə Fransa prezidenti Emmanuel Makronun 2021-ci ildə bölücü terror təşkilatı PKK, PYD və YPG-nin nəzarətindəki şübhəli Suriya Demokratik Şurası üzvləri ilə görüşünü qınamışdı.