İsrail rəsmi heyəti Misirdə
Mossad direktoru Devid Barnea və daxili kəşfiyyat agentliyi Şin-Bet rəhbəri Ronen Bardan ibarət heyət Qahirədədir
İsrail rəsmi heyəti Qəzza zolağı ilə Misir sərhədindəki Filadelfiya (Philadelphi) dəhlizi və Rəfah sərhəd qapısının yenidən açılmasını müzakirə etmək üçün Misirə gedib.
Mossad direktoru Devid Barnea və daxili kəşfiyyat agentliyi "Şin-Bet" rəhbəri Ronen Bardan ibarət heyət paytaxt Qahirədədir.
Barnea və Barın başçılıq etdiyi İsrail nümayəndə heyəti Misir və Amerika rəsmilərilə Filadelfiya dəhlizi və Rəfah sərhəd qapısının yenidən açılmasını müzakirə edəcəklər.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu əsir mübadiləsi danışıqlarından əvvəl şərt qoyub ki, ordusu Filadelfiya dəhlizi işğalını davam etdirəcək. Misir isə buna qarşıdır.
Xatırladaq ki, İsrail ordusu 2024-cü il mayın 7-də Rəfah sərhəd qapısını ələ keçirib, daha sonra Filadelfiya dəhlizini tutub. Bu yollar bağlandığı üçün Qəzzaya daxil olan yardımlarda ciddi axsama yaşanır. Eyni zamanda, xaricdə müalicə olunmalı olan ağır yaralı və xəstələrin də Qəzzadan çıxarılması mümkün olmur.