“NATO qoşunları Ukraynaya daxil olarsa...” A.Lukaşenko

Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində A.Lukaşenko cari məsələləri qiymətləndirərək deyib

2177865
“NATO qoşunları Ukraynaya daxil olarsa...” A.Lukaşenko

 

  Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, NATO qoşunları Ukraynaya daxil olarsa, 3-cü dünya müharibəsi başlayar.

  Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində Lukaşenko cari məsələləri qiymətləndirərək deyib: “Ukrayna pilotsuz uçuş aparatları (PUA) Belarusun hava məkanını dəfələrlə pozub.

  Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördük. Belarus-Ukrayna sərhədinə mina düzdük, əsgər yerləşdirdik.

  Əgər qərblilər NATO əsgərlərini Ukraynaya göndərərsə, üçüncü dünya müharibəsi başlayar. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq ki, bu, daha dəhşətli reaksiyadır.

  Vəziyyətin gərginləşməsini və NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz qalmayacaq. Qırmızı xətt olmayacaq. Bizim yalnız bir xəttimiz var: dövlət sərhədi. Onlar sərhədə addım atdıqları anda cavab olacaq”.

  Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ordusunun avqustun 6-da Rusiya ərazisinin Kursk bölgəsinə daxil olduğuna da diqqət çəkərək bunları söyləyib: "Ukrayna vəziyyəti gərginləşdirir. Belə davam edərsə, bu gərginlik Ukraynanın məhvi ilə nəticələnə bilər. Ona görə də 2022-ci ilin fevralından müharibə vəziyyətində olan Rusiya və Ukrayna sülh danışıqlarına yenidən başlamalıdır. Danışıqlar 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşma əsasında aparıla bilər”.



Әlaqәli Xәbәrlәr