ABŞ bu ölkələrin nüvə münaqişələrinə qarşı hazırlıq təlimatı verib

Amerikanın “New York Times” (NYT) qəzeti yazıb

2177810
ABŞ bu ölkələrin nüvə münaqişələrinə qarşı hazırlıq təlimatı verib

 

  ABŞ prezidenti Co Baydenin Amerika ordusuna Rusiya, Çin və Şimali Koreyanın mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmaq göstərişi verdiyi iddia edilib.

  Amerikanın “New York Times” (NYT) qəzeti Baydenin 2024-cü ilin mart ayında təsdiqlənmiş məxfi sənədin məzmununda "Çin təhdidinə yenidən nəzər salan gizli nüvə strategiyası"nı təsdiqlədiyini yazıb.

  Xəbərdə bildirilir ki, Co Bayden mart ayında ABŞ-ın çəkindirmə strategiyasını ilk dəfə olaraq Çinin nüvə texnologiyaları və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün yenidən təşkil edib və orduya Rusiya, Çin və Şimali Koreyanın mümkün nüvə münaqişələrinə qarşı hazırlıq təlimatı verib.

  Nüvə Yerləşdirmə Bələdçisi adlı strategiyada ABŞ-ın Rusiya, Çin və Şimali Koreyanın mümkün koordinasiyalı nüvə münaqişələrinə qarşı hazırlıq planlarının olduğu iddia edilir.

  Pentaqonda 4 ildən bir yenilənən sənəd tam məxfi olduğu üçün elektron nüsxəsi yoxdur. Sənədin çap nüsxələri yalnız bir neçə milli təhlükəsizlik məmuru və yüksək rütbəli komandirlərə verilib.



Әlaqәli Xәbәrlәr