TRT Televiziya
Televiziya
Çox saylı milli və region televiziya kanalının mövcud olduğu yayım mühitində Türkiyə və dünyaya doğru və qərəzsiz xəbərlər təqdim edən TRT sənədli və bədii filmləri, təhsil, mədəniyyət, idman, musiqi və əyləncə verilişləri ilə Anadolunun 99%-də və sərhədin o biri tərəfində hər yaş qrupundan olan tamaşaçıya xitab edir.
TRT yayımlarının məqsədi fərqli ixtisas və mədəniyyətlərə aid, hər yaşda və hər təhsil səviyyəsində olan tamaşaçılara doğru və qərəzsiz xəbərləri operativ şəkildə və başa düşülən dillə çatdırmaq, təhsil və mədəniyyətin inkişafına töhfə vermək, əyləndirərkən maarifləndirmək və milli mədəniyyətin bütünlüyünü təmin etməkdir.
TRT-1 Türkiyənin ən çox izlənilən ailə kanalı TRT-1 mədəniyyət, bədii, musiqi, əyləncə, idman və xəbər verilişləri ilə bütün Türkiyəyə xitab edir. TRT-1 99,9% əhatə sahəsi ilə Türkiyənin hər yerindədir və internet vasitəsilə bütün dünyadadır.
TRT-WORLD İngilis dilli xəbər kanalı TRT WORLD cəsarətli, innovativ və insana mərkəzləşmiş yanaşması ilə beynəlxalq xəbər yayımında özünəməxsus yer tutur.
TRT-HABER Gündəm xəbərlərinin, siyasətin, analizin, müzakirələrin, idmanin, sənədli filmin, mədəniyyət və sənətin yeni nəfəsi TRT HABER doğru və qərəzsiz verilişləri ilə həyatın bütün rənglərini ekranlarınızda əks etdirir. Siz də doğru xəbər alma haqqınızdan istifadə edin. Xəbərin efiri TRT HABER hər yerdədir….
TRT SPOR 2010-cu ilin avqust ayında yayıma başlayan TRT SPOR milli və beynəlxalq səviyyədəki bütün idman yarışlarını ekranlarınıza gətirir, idmanın hər növünə əhəmiyyət verir.
TRT-AVAZ 2009-cu ilin martında yayıma başlayan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Bosniya və Herseqovina olamaqla, Uzaq Şərqdən Balkanlara qədər uzanan coğrafiyaya sahib olan Türk dünyasının 8 ölkəsinin 8 dilində verilişlər təqdim edən TRT-AVAZ Türkiyə ilə digər Türk Respublikaları arasında dil və düşüncə birliyi yaradır. Bir sıra Türk dillərində “səs” mənasını verən AVAZ Türk Respublikalarının ortaq səsi olaraq, Orta Şərqdən Qafqazadək 27 ölkə və 13 muxtar respublikanın təxminən 250 milyon əhalisinə xitab edir.
TRT-ÇOCUK Müasir Türk uşaqlarının animasiyadan musiqiyə, xəbərdən idmanadək bütün tələbatlarına cavab verən TRT-ÇOCUK-un məqsədi fiziki, zehni, ruhi və əxlaqi baxımdan sağlam nəsillərin yetişdirilməsinə töhfə verməkdir. Bəşəri pedaqoji normalar çərçivəsində keyfiyyətli, müasir və məsuliyyətli yayımçılıq anlayışı ilə uşaqların inkişafında dəstəkləyici və yol göstərici rol oynayan kanalın hədəfləri Türk dilini və mədəniyyətini doğru tanıtmaq, uşaqları oyun və əyləncə vasitəsilə maarifləndirməkdir.
TRT-BELGESEL Türkiyəni ingilis, alman, fransız, rus və Türk dilindən ibarət beş fərqli dildə dünyaya tanıdan TRT BRELGESEL tarix, cəmiyyət, təbiət, ətraf mühit, idman, mədəniyyət və incəsənət, elm, texnologiya sahələrinə aid sənədli verilişlər hazırlayır. Keçmişi gələcəyə daşıyan və təbiətin izini təqib edən kanal 17 oktyabr 2009-cu ildən etibarən fəaliyyət göstərir.
TRT-MÜZİK Türkiyənin və dünyanın musiqisinin bir araya gəldiyi TRT-MÜZİK kanalı müsabiqə proqramları, musiqili- sənədli filmlər, konsertlər, nəsillərə xitab edən verilişlər, “Top 10-lar” və canlı verilişlər təqdim edir. 16 noyabr 2009-cu ildə fəaliyyətə başlayan kanal Türk Xalq və Sənət Musiqisinə daha çox yer verməklə yanaşı, yerli və xarici musiqini səsləndirərək Türkiyənin və dünyanın musiqisini TRT özünəməxsusluğu ilə ekranlarda əks etdirir.
TRT-EL ARABIA Türkiyənin beynəlxalq və region ölkələri ilə olan əlaqələrinə müsbət töhfələr vermək məqsədi ilə yaradılan TRT-EL ARABIA Türkiyə və ərəb dünyasının ortaq dili, ortaq ekranı, ortaq hissi olmağı hədəfləyərək hər yaşda olan tamaşaçıya xitab edir. Kanal uşaq, gənclik, qadın, sağlamlıq, iqtisadiyyat, idman, musiqi, xəbər, mədəniyyət və incəsənt, din və əxlaq, əyləncə verilişlərindən, bədii və sənədli filmlərdən ibarət zəngin məzmunu ilə 2010- cu ilin aprelində yayıma başladı. 22 ərəb ölkəsini və ərəb dilində danışanları nəzərdə tutan kanal 350 milyon əhalisi olan ərəb ölkələri ilə Türkiyə arasında bağların gücləndirilməsinə xidmət edir.
TRT-TÜRK Dünyaya əsasən Türk dilində verilişlər təqdim edən TRT-TÜRK Türkiyə ilə Türk insanını tanıdan proqramları ilə xəbər, mədəniyyət və incəsənət verilişləri ilə xaricdə yaşayan vətəndaş və soydaşların Türkiyə və Türk mədəniyyəti ilə qopmayan bağı, problemlərinin dəstəyi, kədər və sevinclərinin ortağıdır
TRT-KURDÎ TRT kürd dilində yayımlanan TRT-KURDÎ kanalı ilə Türkiyənin dünya və region ölkələri ilə əlaqələrinə müsbət töhfələr verir. Türkiyənin birlik və bütövlüyünü əsas tutan, hər yaşda olan tamaşaçıya xitab edən bu ailə kanalı 2009-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərir.
TRT OKUL 2011-ci ildə yayıma başlayan TRT Okul Anadolu Universitetinin hazırladığı dərs proqramları və maarifləndirici verilişlər ilə yanaşı, TRT-nin hazırladığı müxtəlif yaş qruplarına aid mədəniyyət və maarifləndirici proqramlar, gənclərə aid rəngarəng verilişlər təqdim edir.
TRT 3 Parlamentin fəaliyyətini işıqlandıran TBMM TV və TRT Spor TRT 3 ekranında müəyyən saatlarda yayımlanır.