Ukrayna Rusiya ərazisinə PUA-larla hücuma cəhd edib
Ukraynanın bir gecədə 121 pilotsuz uçuş aparatı (PUA) ilə paytaxt Moskva da daxil olmaqla Rusiya ərazisinə hücum etməyə cəhd etdiyi bildirilib.
Ukraynanın bir gecədə 121 pilotsuz uçuş aparatı (PUA) ilə paytaxt Moskva da daxil olmaqla Rusiya ərazisinə hücum etməyə cəhd etdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ukrayna gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etməyə cəhd edib.
Açıqlamada 37-nin Bryanskda, 20-nin Ryazanda, 17-nin Kurskda, 17-nin Saratovda, 7-nin Rostovda, 6-nın Moskvada, 6-nın isə Belqorodda olmaqla 121 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi vurğulanıb Onlardan 3-ü Voronej, 2-si Tula, 2-si Orlov, 2-si Lipetsk vilayəti, 1-i Moskva, 1-i ilhaq edilmiş Krım üzərində vurulub.
Ryazan vilayəti administrasiyasının mətbuat xidmətindən verilən açıqlamada vurulan PUA-nın hissələrinin yerə düşməsi nəticəsində fabrikdə yanğının baş verdiyi, bəzi binalara ziyan dəydiyi, ölən və xəsarət alanların olmadığı bildirilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) həmçinin Kazan, Nijnekamsk, Penza, Samara və Saratov hava limanlarında uçuşların təhlükəsizlik səbəbi ilə müvəqqəti dayandırıldığını bildirib.
Qeyd olunub ki, Ukrayna tərəfindən həyata keçirilən pilotsuz təyyarə hücumu müharibə başlayandan bəri ən intensiv hücum olub.
Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi bir vaxtda Rusiya qüvvələri Ukraynanın Kiyev vilayətinin Fastiv və Brovarı şəhərlərinə hava zərbələri endirib.
Hücum zamanı mülki yaşayış məntəqələrinə də ziyan dəyib.