Peskov İsrailin Qolan yüksəkliklərinə hücumlarına münasibət bildirib

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, İsrailin Qolan yüksəklikləri və tampon bölgələrinə hücumları Suriyada vəziyyəti sabitləşdirməyəcək.

2219542
Peskov İsrailin Qolan yüksəkliklərinə hücumlarına münasibət bildirib

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, İsrailin Qolan yüksəklikləri və tampon bölgələrinə hücumları Suriyada vəziyyəti sabitləşdirməyəcək.

Peskov Suriyadakı hadisələrlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

Rusiyanın Suriyaya zamanında dəstək verdiyini və bunun üçün ciddi səylər göstərdiyini bildirən Peskov "Ancaq təəssüf ki, hadisələrin gedişatı indiki vəziyyətimizə gətirib çıxardı. Artıq sahədəki mövcud faktlara əsaslanaraq davam etmək lazımdır" deyib.

İsrailin Suriyadakı hücumlarını tənqid edən Peskov "Qolan yüksəklikləri və tampon zonalarına hücumları onsuz da qeyri-sabit olan Suriyadakı vəziyyəti sabitləşdirməyəcək. Biz ümid edirik ki, Suriyada yaxın zamanda sabitliyə qovuşulsun" deyib.

Peskov Suriyadakı hadisələri yaxından izləməyə davam edəcəklərinin vurğulayaraq bildirib ki, əlbəttə, hazırda Suriyadakı vəziyyətə nəzarət edənlərlə təmaslarımızı davam etdiririk. Bu, bazalarımız və diplomatik nümayəndəliklərimiz orada yerləşdiyi üçün vacibdir.

Rusiyanın təhlükəsizlik maraqlarını təmin etmək üçün addımlar atmağa davam edəcəklərini qeyd edən Peskov “Ölkəmiz üçün xüsusi hərbi əməliyyat (Ukraynada) mütləq prioritetdir və əməliyyatın bütün məqsədlərinə nail olunacaq” deyib.



Әlaqәli Xәbәrlәr