İran: Suriyada hərbi varlığımız yoxdur
İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami Əsəd hökumətinin devrilməsindən sonra Suriyada heç bir silahlı İran varlığının olmadığını bildirib.
İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami Əsəd hökumətinin devrilməsindən sonra Suriyada heç bir silahlı İran varlığının olmadığını bildirib.
Xəbərə görə, Səlami İran parlamentində Suriyadakı son hadisələr və İranın izləyəcəyi hərbi strategiyanın müzakirə edildiyi qapalı iclasda çıxış edib.
Səlami İranın hərbi müşavirləri və qüvvələrinin Əsəd hakimiyyətinin devrilməsinə qədər Suriyada olduğunu bildirsə də, hazırda İranın Suriyada heç bir hərbi varlığının olmadığını vurğulayıb.
İclasda bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları müzakirə edilib. Bundan əlavə, bölgənin təhlükəsizlik və kəşfiyyat vəziyyəti də ətraflı qiymətləndirilib.
Әlaqәli Xәbәrlәr
Gürcüstanda etiraz aksiyaları 28 gündür davam edir
Nümayişçilər hökumətə parlament seçkilərini yenidən keçirmək çağırışlarını bir daha təkrarlayıblar
İsrailin hərbi briqadaları Dəməşqə 25 kilometr məsafəyə qədər irəliləyib
Xüsusilə cənub-qərbdəki Qüneytirə bölgəsi İsrailin hədəf aldığı yerlərdən biri olub