Gürcüstanda etiraz aksiyaları davam edir
Gürcüstanda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırılmasına etirazlar davam edir.
Gürcüstanda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırılmasına etirazlar davam edir.
Baş nazir İrakli Kobaxidzenin Aİ-yə üzvlük danışıqlarını 4 il müddətinə dayandırmaq qərarına etiraz edən nümayişçilər noyabrın 28-də paytaxt Tbilisidə başladıqları aksiyalarını 7-ci gündür də davam etdirirlər.
Dekabrın 4-də axşam radələrində minlərlə nümayişçi yenidən parlament binası qarşısına toplaşaraq, hökumət əleyhinə şüarlar səsləndirib, Aİ və Gürcüstan bayraqları ilə çıxış ediblər.
Təhlükəsizlik məqsədilə polis xüsusi təyinatlılarının və Daxili İşlər Nazirliyinə bağlı su təzyiqli maşınların olduğu ərazidə aksiyaya qatılan müxalifət partiyalarının liderləri nümayişçiləri dağılmamağa çağırır.
Avropa Parlamenti oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin yenilənməsini tələb edib, müxalifət və Aİ-yə yaxın fəallar küçələrə çıxaraq nümayişlər təşkil etməyə başlayıblar.
Baş nazir Kobaxidze noyabrın 28-də verdiyi açıqlamada bəzi avropalı siyasətçilərin Gürcüstanın daxili işlərinə qarışdığını və onları Aİ-nin pulları ilə şantaj etdiyini bildirib və deyib: “Bütün bunları nəzərə alaraq, Aİ ilə danışıqlara başlamamaq qərarına gəldik. 2028-ci ilin sonuna qədər bunu gündəmə almayacağıq".
Kobaxidze ölkəsinin 2030-cu ildə Aİ-yə üzv olması üçün işlərini davam etdirəcəklərini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Gürcüstanda etiraz aksiyaları 28 gündür davam edir
Nümayişçilər hökumətə parlament seçkilərini yenidən keçirmək çağırışlarını bir daha təkrarlayıblar
İsrailin hərbi briqadaları Dəməşqə 25 kilometr məsafəyə qədər irəliləyib
Xüsusilə cənub-qərbdəki Qüneytirə bölgəsi İsrailin hədəf aldığı yerlərdən biri olub