PKK/YPG-nin SMO mövqelərinə hücumu nəticəsində ölənlər olub
Suriyanın Deyr Hafir bölgəsində bölücü terror təşkilatı PKK/YPG-nin hücumu nəticəsində Suriya Milli Ordusunun (SMO) 6 əsgəri şəhid olub.
Suriyanın Deyr Hafir bölgəsində bölücü terror təşkilatı PKK/YPG-nin hücumu nəticəsində Suriya Milli Ordusunun (SMO) 6 əsgəri şəhid olub.
Bölücü terror təşkilatı SMO əsgərləri tərəfindən "Azadlıq şəfəqi" əməliyyatı çərçivəsində terrordan təmizlənən Deyr Hafirə səhər saatlarında sızmağa cəhd edib.
Şiddətli qarşıdurmadan sonra bölücü terror təşkilatı SMO mövqelərinə hücum edib.
6 SMO əsgərinin öldüyü hücumdan sonra terrorçular Mənbic xəttinə çəkilib.
Bölücü terror təşkilatı PKK/YPG-nin Hələb vilayətində müxaliflərin nəzarətində olan Cerablus rayonuna raket zərbəsi endirməsi nəticəsində isə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yerli mənbələrdən əldə edilən məlumata görə, Fərat çayının şərqindəki Zor Mağar bölgəsini işğal edən PKK/YPG terrorçuları Cerablusu raketlə hədəfə alıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Qeyd edək ki, noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbi çölündə Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib.
Әlaqәli Xәbәrlәr
Gürcüstanda etiraz aksiyaları 28 gündür davam edir
Nümayişçilər hökumətə parlament seçkilərini yenidən keçirmək çağırışlarını bir daha təkrarlayıblar
İsrailin hərbi briqadaları Dəməşqə 25 kilometr məsafəyə qədər irəliləyib
Xüsusilə cənub-qərbdəki Qüneytirə bölgəsi İsrailin hədəf aldığı yerlərdən biri olub