İranın dini lideri Ayətullah Əli Xameneyi cümə xütbəsi verib

İranın dini lideri Ayətullah Əli Xameneyi İsrailə ən yüngül cəzanı verdiklərini və lazım gəldikdə bu ölkəni yenidən vuracaqlarını söylədi

2194931
İranın dini lideri Ayətullah Əli Xameneyi cümə xütbəsi verib

İranın dini lideri Ayətullah Əli Xameneyi İsrailə ən yüngül cəzanı verdiklərini və lazım gəldikdə bu ölkəni yenidən vuracaqlarını söylədi. O, 4 ildən sonra ilk dəfə paytaxt Tehran şəhərindəki bir məsciddə cümə xütbəsi verib.

İslam dünyasına birlik çağırışı edən Xameneyi deyib: "İran İslam Respublikasının düşməni, Fələstinin də, Misirin də, Livanın da düşmənidir. Eyni zamanda Suriya və Yəmənin də düşmənidir. Hər kəsə eynidir. Üzləri fərqli, amma düşmən eynidir. Bəzilərində psixoloji müharibə tətbiq edirlər, bəzilərində iqtisadi, bəzilərində bomba yağdırırlar, bəzən isə gülümsəyərək bunu edirlər. Əmrlər eyni yerdən gəlir. Həmin yerdən müsəlman xalqlara hücum etmələrini istəyirlər. Əgər onlar uğur qazansa, başqa ölkələrə də hücum edəcəklər."

İran İnqilab Keşikçiləri Korpusunun 1 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumun "Sionist rejimə qarşı ən yüngül hücumları" olduğunu vurğulayan Ayətullah Əli Xameneyi deyib : "Sionist rejim fasiləsiz olaraq cinayət törədir. Bu rejimə qarşı hər cür tədbir görülməlidir. Lazım gəlsə, İsraili yenidən vuracağıq.İran İslam Respublikası öz vəzifəsini ən böyük qətiyyətlə yerinə yetirəcək. Nə tələsməyəcək, nə də tərəddüd etməyəcək".



Әlaqәli Xәbәrlәr