İsrail Suriyaya hücum etdi
İsrail Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil edib. Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 3 nəfər isə yaralanıb
İsrail Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil edib. Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 3 nəfər isə yaralanıb.
Suriyanın rəsmi SANA xəbər agentliyinin yaydığı məlumata görə, bir binanın hədəf alındığı hücumda azı 3 mülki şəxs həyatını itirib. Mezze məhəlləsinə təşkil edilən hücumda 3 nəfərin də yaralandığı bildirilib.
Bazar ertəsi gecəsi Mezzedə bir neçə hərbi mövqeyə hava hücumları təşkil olunduğu qeyd edilib.
İsrailə məxsus hava vasitələrinin Suriyanın Lazkiyə vilayətinin Cəblə rayonunda da bir neçə hücum həyata keçirdiyi iddia olunub. Bəzi sosial media hesabları hava vasitələrinin Aralıq dənizi istiqamətindən yerli vaxtla saat 04:00 radələrində Lazkiyənin Cəblə rayonunda bir neçə hava hücumu təşkil etdiyini bildirib. Hücumlar nəticəsində güclü partlayışlar baş verib, hava hücumundan müdafiə sistemlərinin qarşılıq verməyə çalışdığı qeyd olunub.
Rusiyaya məxsus Hmeymim hava bazasının yerləşdiyi Lazkiyənin Cəblə rayonunda İranın dəstəklədiyi qruplar da fəaliyyət göstərir.
İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bu yana Suriyada vaxtaşırı İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi mövqelərə hücumlar edir.
Әlaqәli Xәbәrlәr
İsrail Suriyanın Cəmlə və Maaraba kəndlərini işğal edib
İsrail Suriyanın Dəra şəhərinin Yərmuk hövzəsindəki Cəmlə və Maaraba kəndlərini işğal edib