“İrandan 2 milyona yaxın adam deportasiya ediləcək”, Ə.R.Radan

Dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki nizamsız mühacir problemi ilə bağlı açıqlama verən Ə.R.Radan deyib

2185730
“İrandan 2 milyona yaxın adam deportasiya ediləcək”, Ə.R.Radan

 

  İran polis qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan 2025-ci ilin mart ayına qədər ölkədəki təxminən 2 milyon qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırdıqlarını bildirib.

  Dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki nizamsız mühacir problemi ilə bağlı açıqlama verən Radan deyib: “Ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumlarla tədbirlər görürük. 2025-ci ilin mart ayına qədər İranda qeyri-qanuni olan xeyli sayda - 2 milyona yaxın xarici vətəndaş ölkədən deportasiya ediləcək”.



Әlaqәli Xәbәrlәr