İran prezidentinin ilk xarici səfəri
İraq Baş Nazirliyi Mətbuat Xidmətindən verilən yazılı açıqlamaya görə ...
İran prezidenti Məsud Pezeşkian ilk xarici səfərini İraqa etdi.
İraq Baş Nazirliyi Mətbuat Xidmətindən verilən yazılı açıqlamaya görə, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani M.Pezeşkianı Bağdad Beynəlxalq Hava Limanında rəsmi mərasimlə qarşılayıb.
Sudani İran prezidenti və onun nazirlərdən ibarət nümayəndə heyəti ilə hərtərəfli danışıqlar aparıb.
İki ölkə başçısı vergi əməkdaşlığı, kənd təsərrüfatı, təbii sərvətlər, rabitə, sosial müdafiə, gənclər və idman, təhsil, turizm, mədəniyyət, tarixi əsərlər, peşə təhsili və digər sahələrdə anlaşma memorandumunun imzalanma mərasimində də iştirak ediblər.
Məsud Pezeşkian İraq prezidenti Əbdüllətif Rəşid, parlament sədri vəzifəsini icra edən Muhsin Mendelavi və bir sıra siyasətçilərlə görüşüb.
İran prezidenti həmçinin İraqda Nəcəf, Kərbəla, Bəsrə və Ərbilə də gedəcək.