Mehmətciyin gözü ilə Mehmətcik

 

Türkiyə Silahlı Qüvvələri əsgərlərinin terrora qarşı apardıqları əməliyyatların detallarını əbədiləşdirən və yaddaşlara həkk edən fotoşəkillərin 12 rəssam- əsgər tərəfindən karandaşla çəkilmiş rəsmlərinin nümayiş olunduğu "Mehmətciyin gözü ilə Mehmətcik" sərgisinin klipi hazırlandı.
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 19-da  Anıtqəbir Sərgi Salonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi sərgidəki rəsm əsərlərinin  Anıtqəbirə gəlmə imkanı olmayanların da görə bilmələri üçün rəqəmsal versiyasını təqdim etdi.
 
 Hazırlanan klipdə Nusaybin, Sur, Cizrə, Silopi və Yüksəkovada terror təşkilatına qarşı aparılan əməliyyatlarda  əsgər və polislərin vəzifə başında çiyin-çiyinə mübarizəsinin, sahənin əl qumbaralarından təmizlənməsinin, əsgərin vətəndaşla və uşaqlarla dialoqlarının təsvir olunduğu rəsmlər gözlər önünə sərilir.