FETÖ-nün ABŞ-dakı mühafizəçisi kameraya belə yaxalandı

- Bir sual soruşa bilərəmmi?

- Xeyir.

- Gülənlə nə əlaqəniz var?

- Dedim ki, cavab vermək istəmirəm.

  Marketdən çıxdı, maşınına doğru getdi.

  Anadolu Agentliyi Fətullahçı Terror Təşkilatının ABŞ-dakı mühafizəçisini belə lentə aldı.

  FETÖ-nün Pensilvaniyadakı “Golden Generation” (Qızıl nəsil) şəhərciyinin inşaat işlərini aparan Hovard Birs (Howard Beers) sualları cavablandırmaq istəmədi.

  FETÖ şəhərciyindəki bir çox binaları tikən, həyat yoldaşı və özü Türkiyədə 6 ulduzlu oteldə "krallar kimi" yaşamış, bölgənin yerli rəhbərlərindən olan Hovard Birsin təşkilatla yaxın əlaqələri yoxlanılır.

  Yerli rəhbərlərlə qurduğu ticarət əlaqələri sayəsində üstünlük əldə edən FETÖ-dən bölgə insanları da narahatdır.

  Çirkli şəbəkələri sayəsində gəmisini sürməkdə olan FETÖ-nün heç vecinə də deyil.

  Saylosburq xalqı FETÖ-çülərin inşaat və rüsxət işlərindəki imtiyazlarına da diqqət çəkir: "Əgər Gülənə yaxınsansa, rüxsəti alarsan, deyilsənsə, icazə-filan ala bilməzsən, çox çətinliklərə düşərsən. Gülən rəhbərlərimizə belə nəzarət edir."

  Saylosburqdakı düşərgədə silahlı mühafizə ilə yanaşı, FETÖ-çülər tez-tez qəsəbədən ərazilər də alır.

  Bölgə xalqının fikrində FETÖ ilə bağlı çox sual işarəsi var: onlar Amerika və siyasətçilərinə nə edir, nə verir, rəhbərlərə nəzarət üçün istifadə olunan pullar haradan gəlir?