Dünyanın ən uzun aralıqlı körpüsü

  Çanaqqala 1915 körpüsünün təməl daşı martın 18-ində dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və bir çox nazirlərin iştirak edəcəyi mərasimlə açılacaq.

  İstanbulun Mərmərə bölgəsinin Anadolu yaxasındakı Çanaqqalanın Lapseki qəsəbəsindəki Şekerkaya ilə Avropa tərəfindəki Gelibolu qəsəbəsinin Sütlüce arasına qurulacaq körpü Çanaqqala Boğazının ilk, Mərmərə bölgəsinin isə 5-ci asma körpüsü olacaq.

  2023-cü ildə Türkiyə Respublikasının yaranmasının 100 yaşında açılması planlaşdırılan Çanaqqala 1915 Körpüsü tamamlandığında dünyanın ən uzun aralıqlı körpüsü sayılacaq.

  Trakyadan Egey və Aralıq dənizinə uzanan nəqliyyat xəttində Çanaqqalaya Mərmərə bölgəsində əhəmiyyətli mövqeyə daşıdacaq körpü 10 milyard liradan artıq sərmayə ilə həyata keçiriləcək.