Dünya uşaqları Türkiyə böyüklərilə görüşür (video)

  23 Aprel Uşaqlar günü ilə əlaqədar uşaqlar TRT Baş direktoru Şenol Göka ilə birlikdə Atatürkün mavzoleyinə yola düşdülər.

  Ankarada yerləşən Atatürkün 23 Nisan çocukları Atanın huzuruna çıktı xatirə kompleksinə çələng qoyan Ş.Göka uşaqlarla fotoşəkil çəkdirib, Xatirə Dəftərinə "Ən böyük diləyimiz ürəkləri vətən və millət sevgisilə dolu, düşüncəli, vicdanlı və işinə qəlbən bağlı olan fərdlər yetişdirməkdir" yazıb.

  Dünya uşaqları bu ziyarətdən sonra Cümhurbaşkanlığı Sarayına gedərək ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüblər.

  Kiçiklərə xitabında regional problemlərə diqqət çəkən Ərdoğan uşaqların yaşadığı çətinlikləri dilə gətirib, qaçqınlar üçün Türkiyənin sərf etdiyi səylərdən danışıb və deyib: “Lütfən, bir gün məsul iş sahibi olsanız belə, bir zaman yaşıdlarınızın dünyanın başqa ölkələrində hansı şərtlərlə yaşadıqlarını unutmayın."

  Dünya uşaqları axşam Baş nazir Binəli Yıldırım tərəfindən qəbul ediləcək.