Dron görüntüləri YPG/PKK-nın Suriyada qazdığı tunelləri ortaya çıxardı

Havadan çəkilən görüntülərdə YPG/PKK terrorçularının Suriyanın şimalında Tel Rifat şəhəri ətrafındakı kəndlərdə qazdıqları tunellər və xəndəklər görünür. Terror təşkilatı Təl-Rifat bölgəsindən Türkiyəyə və Türkiyə Silahlı Qüvvələrinin Suriyada terrordan təmizlədiyi ərazilərə qarşı hücumlar təşkil etmək üçün istifadə edir.