Başda Əliyev olmaqla liderlər Türkiyənin ilk prezidentini təbrik etdi

  Türkiyənin ilk prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki zəfərindən sonra birinci təbrik zəngi Azərbaycan Prezidenti İlham Əliyevdən gəldi. Əliyev Ərdoğanın rəhbərliyi altında Türkiyənin daha da inkişaf etdiyini vurğulayaraq onun iqtisadi sahədə böyük uğur əldə etdiyinə diqqət çəkdi, beynəlxalq arenadakı mövqeyinin bundan sonra da güclənəcəyini bildirdi.

  İ.Əliyevdən sonra Fələstindən təbrik gəldi. Fələstin dövlət başçısı Mahmud Abbas və Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Xaniyə Ərdoğanın qələbəsini təbrik etdi.

  Bosniya və Herseqovina Dövlət Şurasının sədri Bakir İzzetbeqoviç də prezident Ərdoğanı seçkilərdəki uğura görə təbrik etdi.

  Albaniyanın baş naziri Edi Rama, o cümlədən, Serbiya, Kosovo və Makedoniya prezidentləri Ərdoğanı təbrik edən liderlər oldu.

  Özbəkistan, Qətər, Sudan, Somali, Venesuela, Pakistan, Belarus, Bəhreyn və Küveytdən də təbriklər gəldi.

  Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı üzvü olan ölkələr arasından R.T.Ərdoğanı təbrik edən ilk lider oldu.