Türkiyə Hollandiyanı 4-2 hesabı ilə məğlub etdi

 

  2022 FİFA Dünya Kuboku Seçmələrinin G Qrupunda Türkiyənin A Milli futbol komandası Hollandiya komandasını 4-2 hesabı ilə məğlub etdi.

  Burak Yılmazın 15 və 35-ci dəqiqələrdə (penaltı) atdığı iki qolla Türkiyə komandası oyunun birinci hissəsini 2-0 hesabı ilə bitirdi.

  46-cı dəqiqədə Hakan Çalhanoğlunun qoluyla hesab 3-0 oldu.

  Hollandiya milli komandasının futbolçuları Klaassenin 75, Yonqun 76-cı dəqiqələrdə atdıqları qollarla hesab 3-2 olaraq dəyişdi.

  81-ci dəqiqədə Burak Yılmaz yenə qoluyla hesabı 4-2 etdi və aradakı fərqi 2-yə çıxardı.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan A Milli futbol komandası oyunçularını təbrik edib.

  Matçdan sonra soyunma otağında futbolçularla bir araya gələn gənclik və idman naziri Mehmet Məhərrəm Kasapoğlunun telefonu vasitəsilə A Milli futbol komandasının texniki direktoru Şenol Günəş və oyunçularla danışan Ərdoğan onları qələbə münasibətilə təbrik edərək və komandanın qalib gəlməsindən məmnuniyyətini dilə gətirərək deyib: "A Milli futbol komandamızın Hollandiya kimi bir komandanı 4-2 hesabı ilə məğlub etməsi həqiqətən məmləkətimizə və millətimizə xüsusi bir qürur hissi bəxş edir”.

  Türkiyə futbol komandasının qələbəsi münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, ölkənin vitse-prezidenti Fuad Oqtay və oyunu tribunadan izləmiş gənclik və idman naziri Mehmet Məhərrəm Kasapoğlu da oyunçuları xoş sözlərlə təbrik ediblər.