Türkiyənin ilk milli və yerli hava hücumundan müdafiə sistemi "HİSAR-A+" vəzifəsinin icrasına hazırdır

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin artıq hava hücumundan müdafiə sisteminin istehsalına başladığını bildirib: “Müdafiə sənayemizdən yeni müjdələr alırıq. Milli və yerli "HİSAR-A+"-nın sınaqları keçirilib. Son sınaq bir neçə ay gecikib. Normalda xaricdən alınan hissəyə embarqo qoyuldu. Lazım olan hissəni qısa zamanda hazırladıq, raketə birləşdirdik. "HİSAR-A+"-nın  kütləvi istehsalı xeyirli olsun!”