Tramp Vatikanda

Trampın çıxdığı ilk xarici səfərin növbəti dayanacaqları

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp çıxdığı ilk xarici səfərinin üçüncüsü Vatikan və İtaliya oldu.

  Tramp ilk olaraq katoliklərin ruhani lideri və Vatikan dövlət rəhbəri ilə görüşmək üçün Vatikana getdi. ABŞ prezidenti və həyat yoldaşını Papaya aid olan sarayın idarəçisi Georq Qansveyn və sonra Papa Francis qarşıladı.

  Bir-birinə zidd görüşlərə sahib liderlər iqlim dəyişikliyi və immiqrantlar mövzularını müzakirə edəcəklər.

  Xatırladaq ki, Papa Francis Trampın Meksika sərhədinə divarhörmə fikrinə "Divarlar hörməyi düşünən biri əsil xristian ola bilməz" deyə qarşılıq vermiş, Tramp isə “Bir dini liderin başqasının inancını sorğulaması utancvericidir” demişdi. Yaxud Amerika ordusunun ən güclü bombalarını "Bütün bombaların anası" adlandırmasına Papa "Ana həyat verir, bomba isə ölüm gətirir" deyə sərt təpki göstərmişdi.

  ABŞ prezidenti Vatikan səfərindən sonra İtaliya prezidenti Serqio Mettarella və İtaliya Baş naziri Paolo Centiloni ilə görüşəcək, axşam NATO Liderlər Zirvə toplantısı üçün Belçikanın paytaxtı Brüsselə gedəcək. Sonra yenidən İtaliyaya qayıdacaq, G 7 Liderlər Zirvə Sammitində iştirak edəcək.