Referenduma etiraz edənlərə etiraz bildirdilər

  Minlərlə adam Barselona və digər katalon şəhərlərində müstəqillik referendumunu dayandırmağa çalışan, güc nümayiş etdirən polislərə etiraz bildirmək üçün küçələrə töküldü.

  “Sant Jaume” meydanında, “Generalitat” Sarayının qarşısında insanlar İspaniya hökumətinin referenduma münasibətinə və referendum zamanı zorakılığına etiraz bildirmək üçün bir araya gəldi.