Londonda Qrenfell qülləsi kimi tanınan bina yandı

  İngiltərənin paytaxtı Londonun qərbindəkı 27 mərtəbəli binada yanğın baş verib. Çox sayda can itkisi olduğu bildirilir. Yaralıların sayı isə 50-ə çatıb.

  Yanğın yerli vaxtla gecə yarısından sonra çox mərtəbəli binanın ikinci mərtəbəsindən başlayıb. Alovlar qısa müddətə bütün binanı bürüyüb.

  Qrenfell qülləsi kimi tanınan binadakı yanğını söndürmək üçün 40-dan çox yanğınsöndürmə maşını və 200 xilasedici göndərilib. Amma yanğın yerli saatla səhər 6-dan sonra səngiməyə başlayıb.

  Yanğın zamanı binada neçə adamın olduğu bəlli deyil.

  Binanın çökmə təhlükəsi ola biləcəyindən soyutma və axtarış işləri diqqətlə icra edilir.