Milli Müdafiə Nazirliyi Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı “Twitter”dəki paylaşımında bildirilib: Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızı təbrik edirik.
Qeyd olunub ki, Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik.