Türkiyə mətbuatı: 25 aprel 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2131738
Türkiyə mətbuatı: 25 aprel 2024

“Vatan'': Rəcəb Tayyib Ərdoğan: ''Terrora qarşı dəstək gözləyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Volter Ştaynmayerlə keçirdiyi birgə mətbuat konfransında  PKK və FETÖ başda olmaqla terror təşkilatları ilə mübarizəyə də toxunduqlarını ifadə edərək deyib: “Terrorla mübarizə mövzusunda Almaniya hakimiyyət orqanlarından daha çox dəstək gözlədiyimizi ifadə etdim''.

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı mesaj verdi

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin Patriarxı Sahak Maşalyana ünvanladığı mesajda bu ifadələrə yer verib: "Biz heç bir erməni vətəndaşının öz vətənində özünü ikinci dərəcəli hiss etməsinə imkan vermədik və etməyəcəyik.Tarixdə yaşananlar elmi səviyyədə müzakirə olunmalıdır.

''Habertürk'': Abdulkadir Uraloğlu: ''Zəngəzur dəhlizi ilə Türkiyə ilə Orta Asiya arasında yeni bir əlaqə quracağıq"

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib: "Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi ilə Türkiyə ilə Orta Asiya arasında yeni bir əlaqə quracağıq".

''Yenişafak'': Türkiyə meyvə istehsalında dünyada 4-cü yerdədir

''GeeksforGeeks'' texnologiya platformasının 2024-cü ilin mart ayına dair hesabatına əsasən, Türkiyə illik 25 milyon ton məhsul istehsalı ilə dünyanın ən çox meyvə istehsal edən ölkələri siyahısında dördüncü pillədə qərarlaşıb.

''Sabah'': İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Hava Limanı 8-14 aprel tarixləri arasında gündə orta hesabla 1428 uçuşla Avropanın ən işlək hava limanı oldu.



Әlaqәli Xәbәrlәr