Türkiyə mətbuatı, 24 aprel 2024-cü il

“Haber Türk”, “Hürriyet”, “Vatan”, “Yeni Şafak” və “Star” nələrdən yazır?

2131267
Türkiyə mətbuatı, 24 aprel 2024-cü il

 

“Haber Türk”: Ərdoğan “PKK İraq üçün də təhlükədir” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK/PYD/YPG-nin İraqın sabitliyi, inkişafı və sülhü üçün təhdid olduğu və bu təhlükənin aradan qaldırılmasının İraqın da xeyrinə olduğunu bildirib.

“Hürriyet”: Ərdoğandan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı mesajı

  Türkiyə prezidenti R.T.Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə mesaj paylaşaraq bildirib: “Gələcəyimizin zəmanəti olan uşaqlarımızın hər günü bayram sevinci ilə dolsun, inşallah”.

“Vatan”: 23 Aprel bütün ölkədə coşqu ilə qeyd olundu

  23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının 104-cü ildönümü bütün ölkədə coşqu ilə qeyd edilib. Uşaqlar 23 aprel tədbirlərində əyləniblər. Ölkə daxilində səlahiyyətlilər bir günlük uşaqlara təhvil verilib, şəhərlər bayraqlarla bəzədilib, hava şarları qaldırılıb.

“Yeni Şafak”: Mehmet Şimşək “Türkiyəyə inam güclüdür” dedi

  Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ABŞ-da investorlar proqramında iştirak edərək çıxışında deyib: "Bütün bu görüşlərdə Türkiyənin iqtisadi proqramına güvənin güclü olduğunu bir daha gördük".

“Star”: Avropada aviasiyada hökmranlıq Türkiyəyə məxsusdur

  Türkiyənin aviasiya infrastrukturuna yatırdığı sərmayələr nəticəsində İstanbul Hava Limanı Avropada ən çox uçuş həyata keçirən hava limanına çevrilib. İstanbul Hava Limanında 2023-cü ildə orta gündəlik uçuş sayı 2022-ci ilə görə 19 faiz artaraq 1375-ə çatıb.



Әlaqәli Xәbәrlәr