Türkiye mətbuatı: 4 aprel 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2124556
Türkiye mətbuatı: 4 aprel 2024

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: Türkiye demokratiyasının yetkinliyini  bütün dünyaya göstərdik”
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan son bir ildə keçirilən üç seçkinin də uğurla başa çatdığını, demokratiyaya kölgə salacaq heç bir hadisənin yaşanmadığını bildirib. Ərdoğan deyib: ''Xalq olaraq Türkiye demokratiyasının yetkinliyini bir daha bütün dünyaya göstərdik''.

''Yeni Şafak'': Antalyanı ziyarət edən xarici turistlərin sayında rekord artım olub
Mart ayında Antalyanı rekord sayda turist ziyarət edib.
Məlumata əsasən, Antalyaya mart ayında 500 mindən çox xarici turist gəlib. Keçən ilin eyni dövründə şəhəri 348 min turistin ziyarət etdiyi bildirilir. 
Yanvarın 1-dən martın 31-dək  Antalyaya 1 milyon 5 min 207 xarici turistin gəldiyi qeyd olunub.
Almaniya mart ayında 279 803 min nəfərlə Antalyaya ən çox ziyarətçi göndərən ölkələr arasında birinci olub.
Rusiya Federasiyası 171 770 min ziyarətçi ilə 2-ci, İngiltərə isə 124  621 min ziyarətçi ilə 3-cü olub.

''Vatan'': Dəniz yolu ilə həyata keçirilən ticarət həcmində rekord artım müşahidə olunub

Türkiye iqtisadiyyatında 2024-cü ilin birinci rübündə yaşanan canlanma ticarətə də müsbət təsir göstərib. Mart ayında Türkiye limanlarından dəniz yolu ilə 5 milyon 699 min 607 ton  tranzit yük daşınıb. Türkiye dünyanın aparıcı dənizyani ölkələrindən birinə çevrilib.

''Sabah'': Türkiyenin kriptovalyuta birjası ICRYPEX qlobal miqyasda inkişaf edir
Sürətlə inkişaf edən ICRYPEX dünyada tez-tez adı çəkilən kriptovalyuta platformasıdır. ICRYPEX Türkiyedən sonra qlobal istifadəçilərinə yeni siyahılar və yeni nəsil kripto həllər təklif etmək baxışı  ilə müxtəlif coğrafiyalardakı xidmətlərini sürətləndirir.

''Star'': Türkiye Mədəniyyət Yolu Festivalı başlayır

Türkiye Mədəniyyət Yolu Festivalı 2024-cü ildə iştirakçılara unudulmaz təcrübə təqdim etməyə hazırlaşır. Türkiyenin 16 şəhərində aprelin 13-dən noyabrın 10-dək  mədəniyyət-sənət marafonu ilə festival həyəcanı yaşanacaq.



Әlaqәli Xәbәrlәr