Türkiye mətbuatı, 27 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2107718
Türkiye mətbuatı, 27 fevral 2024

"Sabah": Ərdoğan və Putin görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsirdən verilən açıqlamada "Görüş zamanı Rusiya prezidenti Putin prezident Ərdoğanı ad günü münasibətilə təbrik etdi. Görüş zamanı Putin Türkiye-Rusiya münasibətlərinin dostluq əsasında irəliləməsinə verdiyi töhfələrə görə prezidentimizə təşəkkür də etdi" deyilib.

"Hürriyet": Beynəlxalq Ədalət Məhkəməsinə Qəzza üçün çağırış

Beynəlxalq Ədalət Məhkəməsində İsrailin Fələstini işğalının hüquqi nəticələrinə dair dünənki iclasda Türkiye adından xarici işlər nazirinin müavini Əhməd Yıldızın başçılıq etdiyi nümayəndə heyəti təqdimatla çıxış edib. Əhməd Yıldız 'İnsan haqlarını və beynəlxalq hüququ pozan hərəkətlərə görə İsrail məsuliyyət daşımalıdır" deyib.

"Haber Türk": Putinin Türkiye səfəri ilə bağlı Kremldən açıqlama

Kreml sözçüsü Dmitriy Peskov dünən verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin 15-17 mart tarixlərində keçiriləcək prezident seçkilərindən sonra Türkiyeyə səfər edəcəyini açıqlayıb.

"Star": Yunanıstanda Türkiye panikası: Fərq böyüyür

Yunanıstan mətbuatı Türkiyenin müdafiə sənayesindəki inkişafları yaxından izləməyə davam edir. Türkiyenin sualtı qayıqlarının modernləşdirilməsini gündəmə gətirən Yunanıstan mətbuatı iki ölkənin donanmaları arasında uçurumların daha da dərinləşəcəyini vurğulayıb.

"Yeni Şafak": KAAN-ı görünməz edəcəklər

Türkiyenin ilk döyüş təyyarəsi KAAN-ın beyni olan bilgisayar sistemi də daxil olmaqla kritik texnologiyaları istehsal edən TÜBİTAK təyyarəyə radar görünməzlik qazandıracaq vacib proqram təminatının inkişafı üçün addım atıb.



Әlaqәli Xәbәrlәr