Türkiye mətbuatı, 21 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2105109
Türkiye mətbuatı, 21 fevral 2024

"Habertürk": Ərdoğan və Ramadan səmimi mesajlar

Prezident Ərdoğan Ankaraya səfər edən Albaniyanın Baş naziri Edi Rama ilə keçirdiyi mətbuat konfransında ikitərəfli əlaqələri inkişaf etdirmək istədiklərini bildirib. Ərdoğan "Albaniya BMT-dəki Fələstinlə bağlı keçirilən səsvermədə tarixin doğru hissəsində iştirak etdi" deyib. Rama da Türkiyenin bir çox məsələlərdə Albaniyanı dəstəklədiyini və minnətdar olduqlarını ifadə edib.

"Hürriyet": "Rama: "Türkiye əvəzolunmaz gücdür"

Albaniyanın Baş naziri Rama "Atəşkəs vaxtıdır (Qəzzada). Girovlar azad edilməlidir. Türkiye əvəzolunmaz bir gücdür. Gələcəyin təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli bir aktyordur" deyib.

"Star": Türkiyedən qeyri-adi texnologiya

Türkiye türk mühəndislərinin hazırladığı proqramla dünya aviasiyasında mövcud metodlara son qoyacaq. Dünya aviasiyasında ortaq dil inkişaf etdirmə səylərinə töhfə verəcək proqram eyni sektorda fəaliyyət göstərən dünyanın iki ən böyük proqramın çatışmazlıqlarını aradan qaldırır.

"Sabah": Yerli PUA mühərrikləri fərq yaradır

TUSAŞ Motor Sənayesi A.Ş.-nin baş direktoru Mahmut Faruk Akşit rəqiblərindən daha yüksək texnologiya ilə PUA mühərrikləri istehsal etdiklərini ifadə edərək, "Dünyada rəqiblərimiz var, amma bizim mühərrikimiz həqiqətən çox güclü və hamısından daha yaxşıdır. Buna görə də ölkə xaricində yeni mühərrik olmasına baxmayaraq üstünlük verilir” deyib.

"Yenişafak": ABŞ-da ilk dəfə bir Türkiye vətəndaşı Amerika Konqresi tərəfindən mükafatlandırıldı

ABŞ Konqresi ilk dəfə olaraq ABŞ-da yaşayan türk vətəndaşını yaşadığı ştatda cəmiyyətə verdiyi töhfələrə görə təşəkkürnamə ilə mükafatlandırıb. Hüseyn Bayram uzun illərdir ABŞ-da türk yemək mədəniyyətinin təbliğində xidmət göstərir.



Әlaqәli Xәbәrlәr